Hərbi Tibb Fakültəsində şəhidin anım mərasimi keçirildi - FOTO 

Hərbi Tibb Fakültəsində şəhidin anım mərasimi keçirildi - FOTO 

Hazırda oxunan: Hərbi Tibb Fakültəsində şəhidin anım mərasimi keçirildi - FOTO 

0:00
0:00
41199

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan tibb xidməti leytenantı Turqut Xəlilbəylinin Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində anım mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri və fakültənin şəxsi heyəti iştirak ediblər. 

Əvvəlcə iştirakçılar şəhid tibb xidməti leytenantı T.Xəlilbəylinin adına olan Hərbi Tibb Fakültəsinin kitabxanasına baxış keçiriblər. 

Anma mərasimində  T.Xəlilbəylinin şərəfli  həyat  və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib. 

Çıxış edənlər şəhidin Vətən müharibəsində yaralılara ilkin tibbi yardım göstərməsindən, onun vətənpərvərliyindən, cəsurluğundan, şücaətindən danışıblar. 

Sonda vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO