Leyla Əliyevanın iştirakı ilə növbəti həyətin açılışı olub - “Bizim həyət” - FOTO

Leyla Əliyevanın iştirakı ilə növbəti həyətin açılışı olub - “Bizim həyət” - FOTO

Hazırda oxunan: Leyla Əliyevanın iştirakı ilə növbəti həyətin açılışı olub - “Bizim həyət” - FOTO

41160

IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət oktyabrın 11-də sakinlərin istifadəsinə verilib.

Yenilənmiş həyət Bakının Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 9, 11, 13, 17 ünvanında yerləşir və 2300 sakinin yaşadığı məhəlləni əhatə edir.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

Leyla Əliyevadan Mehriban Əliyeva ilə bağlı paylaşım - VİDEO


Leyla Əliyeva həyətdə aparılan abadlıq işləri ilə tanış olub, sakinlərlə söhbət edib, onlarla şəkillər çəkdirib.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları qurulub, futbol, basketbol, şahmat meydançaları və uşaq meydançaları salınıb, velosiped yolu çəkilib. Həyətin ərazisində 13 söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.
 

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, yeni su xətti çəkilib.


Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət edilməklə 600 ədəd ağac əkilib.

Qeyd edək ki, “Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO