Tahir Kərimli parlamentdə yenə AĞLADI 

Tahir Kərimli parlamentdə yenə AĞLADI 

Hazırda oxunan: Tahir Kərimli parlamentdə yenə AĞLADI 

41130

Parlamentdə çıxışı zamanı kövrələn Tahir Kərimli çıxışını göz yaşları ilə bitirib. 

Bizim.Media xəbər verir ki, Milli Məclisin "Müstəqillik günü haqqında" qanun layihəsi zamanı çıxış edən deputat Tahir Kərimli Azərbaycanın müstəqilliyini əldə etməsinin asan olmadığını dilə gətirib: 

"Biz bu günlərdə Şuşaya gedərkən o yolu Zəfər yolu hesab edirdilər. Amma mən o yolu təkcə Zəfər yolu kimi yox, şəhidlərin, qazilərin qanı ilə qazanılan yol olduğunu fikirləşirdim. Odur ki, müstəqilliyimizdən vaz keçməməliyik. O zaman Heydər Əliyev də müstəqilliyimizin geridönməz proses olduğunu bəyan edib və biz bu müstəqilliyin qədrini bilməliyik. Odur ki, mən də qanun layihəsinə səs verəcəyəm" - deputat qeyd edib. 

Tahir Kərimli müstəqilliyin heç də asan başa gəlmədiyini və məşəqqətli olduğunu, ötən dövrdə baş verənləri xatırlayaraq göz yaşlarına hakim ola bilməyib. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO