Azərbaycanda akkreditə olunan diplomatik korpusların nümayəndələri və xarici jurnalistlər Şuşa şəhərinə səfər ediblər.
Bizim.Media xəbər verir ki, onlar Xan qızı Natəvanın evini, dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsini, Bülbülün ev muzeyini və Şuşanın mərkəzi meydanını ziyarət ediblər.
Qeyd edək ki, Şuşa şəhərinə səfər dünən başlayıb.
Azərbaycanın mədəniyyət paytaxtında maraqlı proqram keçiriləcək. Bura digər görməli yerlərə gəzinti, yenidənqurma işləri ilə tanışlıq, Cıdır düzündə xalq musiqisini dinləmə daxildir.
Bizim.Media
Press attachés of the diplomatic corps in #Azerbaijan & foreign journalists visited Ashagi Govhar Agha & Yukhari Govhar Agha #Mosques & #GazanchiChurch in the framework of the visit to #Shusha. The reconstruction works continue in full swing in the cultural capital. pic.twitter.com/eEJ06GnSqe
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) October 9, 2021