Bu il işlə təmin olunanların sayı AÇIQLANDI

Bu il işlə təmin olunanların sayı AÇIQLANDI

Hazırda oxunan: Bu il işlə təmin olunanların sayı AÇIQLANDI

0:00
0:00
40854

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 9 ayında 62 673 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib. 

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, onlardan 23 289-u ödənişli ictimai işlərə cəlb olunub. 

Həmçinin Agentlik tərəfindən mühüm istiqamətlərdən biri olan özünüməşğulluq proqramının icrası işləri də davam etdirilib.

Artıq 11 950 nəfərin proqrama qeydiyyatı aparılıb. Onlardan 6 883 nəfəri seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təmin edilərək kiçik təsərrüfatlarını yaradıblar. 

Qeyd olunan dövr ərzində Agentlik tərəfindən 262 işsiz şəxs müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına, 147 nəfər isə peşəyönümü məsləhəti xidmətinə cəlb olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO