Vətən müharibəsinin 13-cü günü nələr baş verdi? - XRONİKA - VİDEO

Vətən müharibəsinin 13-cü günü nələr baş verdi? - XRONİKA - VİDEO

Hazırda oxunan: Vətən müharibəsinin 13-cü günü nələr baş verdi? - XRONİKA - VİDEO

40810

2020-ci il oktyabrın 9-da gecə ərzində həyata keçirilən hərbi əməliyyatlar zamanı Ordumuzun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb. Nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi ağır yaralanıb, alayın artilleriya rəisi, xeyli sayda hərbi qulluqçu məhv edilib. 

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilib.

Həmçinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı isə tam işlək vəziyyətdə ələ keçirilmişdi: 

•Səhər saatlarında isə Cəbrayıl rayonuna Azərbaycan bayrağının sancıldığını əks etdirən videogörüntülər yayımlandı. 

Saat 9:00-da Ermənistan silahlı qüvvələri Füzuli, Goranboy, Tərtər və Ağdam rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriyadan intensiv atəşə tutdu. Nəticədə Füzuli rayonunun Qarabağ kəndində 2 mülki şəxs xəsarət aldı, yaşayış evinə ciddi ziyan dəydi. 

•Saat 14:00-da isə Müdafiə Nazirliyi ordumuzun mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun xeyli sayda hərbi texnikasını məhv etdiyini özündə əks etdirən videogörüntüləri yayımladı. 

•Elə həmin saatlarda Ermənistan silahlı qüvvələri Bərdə və Ağdam rayonlarına, həmçinin Mingəçevir, Ağcabədi və Tərtər rayonlarının ərazilərinə artilleriya zərbələri endirdi. Nəticədə Tərtərdə bir nəfər, Ağdamın Quzanlı qəsəbəsində isə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. 

•Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində isə Ermənistan ordusunun xeyli sayda BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edildi. Saat 16:30 radələrində Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik raket Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv edildi. 

•Saat 18-00-da isə Ermənistan silahlı qüvvələri növbəti dəfə Goranboyun Tap Qaraqoyunlu kəndinə 22 top mərmisi atdı, Nəticədə 1 nəfər xəsarət aldı. 

Prezident İlham Əliyev xalqa müraciət etdi və Xocavənd rayonunun Sor kəndinin və Hadrut qəsəbəsinin, Tərtər rayonunun Çaylı kəndinin, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərinin işğaldan azad edildiyini açıqladı. 

Həmçinin Müdafiə Nazirliyi işğaldan azad olunmuş Suqovuşan və Talış kəndlərindən yeni videogörüntülər yayımladı. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO