“Avtovağzal”la bağlı YENİLİK – Bu gündən tətbiq olunur

“Avtovağzal”la bağlı YENİLİK – Bu gündən tətbiq olunur

Hazırda oxunan: “Avtovağzal”la bağlı YENİLİK – Bu gündən tətbiq olunur

40764

“Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, onlayn bilet sifarişinin cari gündə yola düşən reyslərə də şamil edilməsi reallaşdırılıb”.  

Bizim.Media xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib. 

Qurum rəsmisi bu barədə “Facebook” profilində paylaşım edib. 

“Əvvəl avtovagzal.az  saytına daxil olmaqla növbəti 10 günə gediş bileti sifariş edə bilirdiniz. Bu dəyişiklikdən sonra Siz  cari günə - yəni bu günə də gediş bileti sifariş edə bilərsiniz. Gediş bileti sifariş edilərkən, sərnişinin avtovağzala gəlib çatması və digər faktorları nəzərə alaraq istifadəçiyə seçim üçün növbəti 3 saatdan sonrakı müntəzəm reyslər təqdim edilir”, - deyə N. Allahyarova bildirib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO