“Nigaran qalmayın, intiqam aldım” - Ötən ilin bu günündə ŞƏHİD olan leytenantımız - FOTO

“Nigaran qalmayın, intiqam aldım” - Ötən ilin bu günündə ŞƏHİD olan leytenantımız - FOTO

Hazırda oxunan: “Nigaran qalmayın, intiqam aldım” - Ötən ilin bu günündə ŞƏHİD olan leytenantımız - FOTO

40733

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Elzar Yusubovun şəhid olduğu gündür. Onun şəhid xəbəri isə oktyabrın 9-da gəlib. 

Bizim.Media Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Elzar Yusubovu xatırladır.

Qəhrəmanımız 1989-cu il yanvarın 9-da qədim Borçalı mahalının Başkeçid elindəki (indiki Gürcüstanın Dmanisi rayonundakı) Qəmərli kəndində anadan olub.

Başkeçiddə baş vermiş məlum olaylardan sonra Azərbaycana pənah gətiriblər. 1992-ci ildən Yusubovlar ailəsi Hövsan qəsəbəsində yaşamağa başlayıblar. 1995-2007-ci illərdə qəsəbənin 76 nömrəli tam orta məktəbində təhsil alıb. 2007-2011-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Elzar Yusubov oktyabrın 8-də Füzuli döyüşləri zamanı yaralansa da, döyüşməyə davam edib və olduğu yeri tərk etməyib. Onu  yaralayanı və başqa bir neçə düşməni öldürüb. Onlar əməliyyatı uğurla başa çatdırırlar. Elzar Təcili yardım maşınına çatdırılsa da qan itkisindən şəhidlik zirvəsinə ucalır. 

Qəhrəmanımız yaralanan zaman onu daşıyan əsgər dostlarına - “nigaran qalmayın – mən intiqam aldım, amma yenə yaxşı olub qayıdıb sizlərlə bərabər döyüşəcəyəm” ,- deyib.

Elzar Yusubov döyüşlərdək şücaətinə görə Prezident İlham Əliyevin 15.12.2020-ci il və 25.12.2020-ci il tarixli sərəncamlarına əsasən Elzar Yusubov ölümündən sonra "Vətən uğrunda", eləcə də "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 

Xatırladaq ki, bu ilin iyulunda Milli Azərbaycan Tarixi Muzeyinə şəhid Elzar Yusubova məxsus əşyalar təqdim olunub.

Alçina Amilqızı, Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO