Bədəninin 20 faizi yanan qaziyə ƏLİLLİK deyil, İŞ verildi – RƏSMİ 

Bədəninin 20 faizi yanan qaziyə ƏLİLLİK deyil, İŞ verildi – RƏSMİ 

Hazırda oxunan: Bədəninin 20 faizi yanan qaziyə ƏLİLLİK deyil, İŞ verildi – RƏSMİ 

40719

Füzuli rayon sakini Məhərrəm Əfsər oğlu Məhərrəmovun əlillik təyinatı almadığı ilə bağlı şikayətini dərc etmişdik. Yazıda qazinin əlilliklə bağlı Füzuli Diaqnostika Mərkəzinə və Respublika Əlillərin Bərpa Mərkəzinə müraciət etdiyini və aidiyyəti qurumlardan müsbət cavab ala bilməməsini qeyd etmişdik. 

Məsələ il bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məsələ ilə bağlı Bizim.Media-ya növbəti dəfə mövqeyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bədəninin 20 faizi yanan qaziyə ƏLİLLİK təyinatı niyə verilmir? – Nazirlik AYDINLIQ GƏTİRDİ - VİDEO


Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovun sözlərinə görə Məhərrəm Məhərrəmovun əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında, yəni vətəndaşın iştirakı olmadan 08.08.2021-ci il tarixdə qiymətləndirilib:

“Forma 88 üzərindən müəyyən edilib ki, vətəndaşın “Bədənin bir neçə nahiyəsinin termiki yanığı diaqnozu əlillik təyinatına əsas vermir.  Bununla yanaşı  Məhərrəmov Məhərrəmdə hər iki əlin V barmağının çapıq mənşəli kontrakturası müəyyən edilsə də, ancaq əlin funksiyaları pozulmayıb. Bu da əlillik əlaməti təyin etmir. Bununla belə qazı ötən ay əyani müayinəyə də cəlb edilib.
 

Müayinə zaman onun hazırkı vəziyyətinin əlilliyə əsas vermədiyi bir daha müəyyən edilib və 08.08.2021-ci il tarixli diaqnozun “əlillik əlaməti təyin etmir” barədə qərarı qüvvədə saxlanılıb”. 


Agentlikdən bildirib ki, Məhərrəm Məhərrəmov 04.05.2021-ci il tarixdən “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyatdadır:

“Ailə 7 nəfərdən ibarətdir. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət alırlar. Atası hərbidə mülki işdə, anası isə bağçada dayə işləyir. 1 azyaşlı övladı var. Vətəndaşın şəxsi təsərrüfatında xırda və iribuynuyzlu heyvan olmadığı nəzərə alınaraq Dövlət Məşğulluq Agentliyinin 17 saylı ərazi məşğulluq filialı tərəfindən ona özünüməşğulluq proqramı təklif edilib. Amma vətəndaş bundan imtina edərək yalnız yaşadığı ərazi üzrə, səhhətinə uyğun “yüngül” işlə təmin olunmaq istədiyini bildirib. Agentlik tərəfindən tez bir zamanda onun istəyinə uyğun məşğulluğunun təmin olunması üçün tədbirlər görülüb.
 

Məhərrəm Məhərrəmovun öz razılığı ilə Füzuli rayon Kommunal Müəssisələr Kombinatında sosial işçi vəzifəsinə göndərişi verilib. Yaxın zamanda vətəndaş əmək fəaliyyətinə başlayacaq”, - deyə qurumdan bildirilib.


Xatırladaq ki, Füzuli rayonunun Əhmədulla kənd sakini Məhərrəm Məhərrəmov II Qarabağ savaşında Seyidəhmədli istiqamətində gedən ağır döyüşlərdə yaralanıb.

Özünün olduğu tank vurulub və içində yanıb. Yanan tankın içindən zorla çıxan qazi aldığı xəsarətlərə görə 3 ay Mərkəzi Klinikada, 5 nömrəli Şəhər Klinik Xəstəxanasında, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında və Füzuli Diaqnostika Mərkəzində davamlı müalicələr alıb. Dediyinə görə bədəninin 20 faizi yanıb və III dərəcəli yanıq xəsarətləri alıb. Gözündə, sinə nahiyyəsində isə qəlpələr aşkar olunub.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO