Hafiz Hacıyev Xankəndinin meri olmaq istəyir: “Ermənicə də bilirəm...” – Şuşadan VİDEO

Hafiz Hacıyev Xankəndinin meri olmaq istəyir: “Ermənicə də bilirəm...” – Şuşadan VİDEO

Hazırda oxunan: Hafiz Hacıyev Xankəndinin meri olmaq istəyir: “Ermənicə də bilirəm...” – Şuşadan VİDEO

40671

“Bu komandayla, dəstəylə Xankəndində də olacağıq. Orda da bizim 25 min erməni Azərbaycan vətəndaşı var. Onlar da bu gün çox pis vəziyyətdədirlər. Onlar da bizə zənglər edirlər ki, bizi bu erməni terrorçu, separatçılarının əlindən alın. Hər halda onlara da yiyə durasıyıq. Düşünürəm ki, Azərbaycan demokratik bir dövlətdir və bu demokratik dövlətdə bütün xalqların hamısının öz hüquqları, çətinliklərinin hamısı bizim dövlətin üzərinə düşür deyən” Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev onu da bildirib ki, Xankəndinin meri olmaq istəyir.

Bizim.Media xəbər verir ki, Hafiz Hacıyev artıq mer məsələsini digər partiya sədrləri ilə də məsləhətləşib. 
 

MÖVZU İLƏ BAĞLI:

Siyasi partiyalardan Şuşaya kimlər gedib? – SİYAHI - FOTO


Partiya sədri qeyd edib ki, torpaq bizimdir və Xankəndinə kimsə mer təyin olunmalıdır:

“Mən də erməni dilində bildiyimə görə, ordakı ermənilərlə müəyyən münasibətlərim olduğu üçün o məsələni bir də qaldırdım ki, istəyirsiniz, məni burdan buraxın. Bir cığır tapıb gedəcəm. Sonra da fərmanı verərsiniz. Xankəndinin meri azərbaycanlı olmalıdır. Mən də azərbaycanlıyam və böyük bir siyasi partiyanın sədriyəm. Bugünkü komandanı da Xankndində qəbul edib ziyafət vermək istərdim...”.

Daha ətraflı videodan izləyə bilərsiniz:

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO