Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı ilə görüşüb.
Bizim.Media xəbər verir ki, səfiri Ali Məktəbdə görməkdən məmnunluğunu bildirən Elmar Qasımov qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sektorunda geniş əlaqələrin mövcud olduğunu bildirib.
Səfir Cahit Bağcı Bakı Ali Neft Məktəbi ilə Türkiyənin ali təhsil müəssisələrinin əməkdaşlığına dəstək verməyə hazır olduqlarını qeyd edib.
Görüşdə qarşılıqlı əməkdaşlıq, əlaqələrin yüksək səviyyədə inkişafı, Türkiyə universitetləri ilə BANM arasında birgə layihələr müzakirə olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:20 / 08.10.2021
Türkiyə səfiri Bakı Ali Neft Məktəbində - FOTO
Hazırda oxunan: Türkiyə səfiri Bakı Ali Neft Məktəbində - FOTO
Hazırda oxunan: Türkiyə səfiri Bakı Ali Neft Məktəbində - FOTO
40668
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.