Qubada DİN-in şəhid hərbi qulluqçusu BELƏ YAD EDİLDİ - FOTO

Qubada DİN-in şəhid hərbi qulluqçusu BELƏ YAD EDİLDİ - FOTO

Hazırda oxunan: Qubada DİN-in şəhid hərbi qulluqçusu BELƏ YAD EDİLDİ - FOTO

40609

Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçusu, baş çavuş Əsgər Əhmədkişi oğlu Əhmədovun ildönümü doğulduğu Qubanın Paşaoba kəndində qeyd edilib.

Bizim.Media xəbər verir ki, 2020-ci il oktyabrın 5-də Cəbrayılda şəhid olan Əsgər Əhmədovun anım mərasimində rayon rəsmiləri, DİN-nin Mütəşəkkil Cinayətkarlığa və Banditizmə Qarşı Mübarizə idarəsinin rəisi, general Əbülfət  Rzayev və sakinlər iştirak ediblər. 

Quba İH başçısı Ziyəddin Əliyev, DİN--nin idarə rəisi Əbülfət  Rzayev şəhidin atası Əhmədkişi Əhmədova başsağlığı verib, belə bir igid hərbçi yetişdirdiyi üçün ona təşəkkür ediblər.  

Anım mərasimində şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri və əklil qoyulub.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO