Xəbər verdiyimiz kimi Azərbaycanda fəaliyyət göstərən əksər siyasi partiyalarının sədrləri və rəsmiləri Şuşaya səfər ediblər.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, səfərdə 40-a yaxın partiya rəhbəri və nümayəndələri iştirak edir.
MÖVZU İLƏ BAĞLI:
Əli Əliyevi Şuşaya niyə aparmırlar? – ÖZƏL
Burada Ümid partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Real Partiyasının sədri İlqar Məmmədov, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, Azərbaycan Demokrat Partiyasından Sərdar Cəlaloğlu, Ağ Partiyanın sədri Tural Abbaslı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Böyük Quruluş Partiyasından Fazil Mustafa, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, YAP rəsmiləri, Çingiz Qənizadə və digər təşkilat rəhbərləri iştirak edirlər.
Qeyd edək ki, Şuşa səfərində partiya nümüayəndələrini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edir.
Vüsalə Balayeva, Bizim.Media