Prokurorluq Mahmud Mehdiyev məsələsində niyə susur?

Prokurorluq Mahmud Mehdiyev məsələsində niyə susur?

Hazırda oxunan: Prokurorluq Mahmud Mehdiyev məsələsində niyə susur?

40529

Milli Şuranın Beynəlxalq əlaqələr komissiyasının sədri, keçmiş millət vəkili Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev barəsində redaksiyamıza daxil olan maraqlı məlumat barədə ötən sayımızda oxucularımıza  məlumat vermişdik. Məlumata görə, M.Mehdiyev baş prokuror Zakir Qaralovun 22 yanvar əmrilə Xətai rayon prokurorluğuna müstəntiq vəzifəsinə təyin edilib.

Məlumatın ilginc tərəfi isə ondan ibarətdir ki, M.Mehdiyev 2010-cu ildə elə baş prokuror Qaralovun öz əmri ilə prokurorluq orqanlarından xaric edilib. Səbəb kimi isə M.Mehdiyevin prokurorluq işçisinə yaraşmayan hərəkətə yol verdiyini göstərib. Baş prokurorun bu əmri barədə “Azadlıq” qəzeti hələ ötən ilin oktyabrında məlumat yaymışdı. Z.Qaralovun “Intizam məsuliyyətinə cəlb etmə barədə” 18 iyun 2010-cu il tarixli əmrində deyilir:

1.Hərbi xidmətdən yayınmağa yönəlmiş və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə Ağdaş rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Mahmud Lətif oğlu Mehdiyev prokurorluq orqanlarından xaric olunsun.

2.Əmr elan edilməsi üçün bütün struktur qurumlara və tabe prokurorluqlara göndərilsin.

M.Mehdiyevin yeni təyinatı ilə bağlı Baş Prokurorluqdan növbəti dəfə münasibət öyrənməyə çalışdıq. Amma iki gün ərzində mətbuat xidmətinin rəhbəri Eldar Sultanova etdiyimiz zənglər bir nəticə vermədi.

Məsələ ilə bağlı Xətai Rayon Prokurorluğu ilə əlaqə saxladıq. Prokurorluğun 496-75-91 saylı əlaqə nömrəsinə etdiyimiz zəngə cavab verən növbətçi polis əməkdaşı iş günü olmadığından prokurorluqda suallarımıza cavab verə biləcək səlahiyyətli şəxsin olmadığını söylədi.

Məsələ ilə bağlı ekspert qismində hüquqşünas Müzəffər Baxışovun fikirlərini öyrəndik. M.Baxışov bildirdi ki, əgər M.Mehdiyev həqiəqtən də prokurorluq orqanına yenidən işinə bərpa olunubsa, o zaman onun Z.Qaralov barəsində dedikləri həqiqəti əks etdirir: “Belə çıxır ki, 2010-cu ildə Zakir Qaralov Mahmud Mehdiyevin işdən azad edilməsiylə bağlı sifariş alıb və onu yerinə yetirib. Indi də başqa bir sifarişlə həmin şəxsi prokurorluq orqanına bərpa edir. Bu artıq Zakir Qaralovun hüquq anlayışının olmamasından xəbər verir. Bu şəxs sadəcə olaraq bir fiqurdur. Prokurorluq işçisinə yaraşmayan hərəkətə yol verdiyinə görə işdən azad edilən şəxs yenidən vəzifəsinə təyin olunursa, deməli, burada sifarişin icrası var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO