Sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirməsi ilə bağlı yeni detallar açıqlanıb.
Bizim.Media xəbər verir ki, qadının bibisi Gülər Yolçuyeva İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq” verilişində bildirib ki, X.Məmmədova yeddi il əvvəl İ.Məmmədov ilə ailə həyatı qurduğunu deyib:
“O, həm evlənmədən əvvəl, həm də ailə həyatından sonra isə dəfələrlə şiddətə məruz qalıb, amma ailəsinə deməyib.
Hadisədən bir gün əvvəl İ.Məmmədov onu döydüyü üçün bizə gəldi. Səhərə kimi oturub, danışdıq. Hətta qız intihar edəcəyini dedi. Bu yaxında bildim ki, hamilə vaxtı hamama salıb, saatlarla qızı orada saxlayıb.
Qardaşım qızı mənim yanımda atası, anası ilə telefonla danışaraq boşanacağını dedi. Hətta qardaşım dedi ki, döyülməyin barədə polisə şikayət etmə, onu işdən çıxararlar. Sentyabrın 30-da səhər saat 7-də evdən çıxdıq və şöbəyə getdik.
Təhqiqatçı Xanımdan sorğu-sual etdi və sonda o, İ.Məmmədova zəng etdi. Bu zaman Xanım qorxdu və dedi ki, siz onu çağırmayın. Təhqiqatçı gülümsədi və dedi ki, burada ona heç nə edə bilməz. İ.Məmmədovu başqa otaqda dindirdi və gəldi.
Gözlədik ki, o, getsin biz də buranı tərk edək, iki dəqiqə keçməmişdi ki, İ.Məmmədov içəri girdi və mən onu görməmək üçün çantama baxdım.
İ.Məmmədov dedi ki, oğlumu öpüb çıxacam, daha sonra atəş açdı. Həmin vaxt polislər gəldi. Sanki güllələr yağırdı. Bir də gördüm ki, Xanım stolun arasına yıxıldı”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:18 / 06.10.2021
Polis arvadını şöbədə necə öldürüb? – TƏFƏRRÜAT
Hazırda oxunan: Polis arvadını şöbədə necə öldürüb? – TƏFƏRRÜAT
Hazırda oxunan: Polis arvadını şöbədə necə öldürüb? – TƏFƏRRÜAT
40411
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.