COVID-19 pasportu satan həkimlərə cinayət işi açıldı

COVID-19 pasportu satan həkimlərə cinayət işi açıldı

Hazırda oxunan: COVID-19 pasportu satan həkimlərə cinayət işi açıldı

40256

Zaqatalada saxta vaksin COVID-19 pasportu satan həkimlərə cinayət işi açılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq COVID-19 pasportunun verilməsi barədə daxil olan məlumat üzrə Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılmıb.

Araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta COVID-19 pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanıb. 

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO