Millət vəkili Rafael Hüseynov yol polisi əməkdaşı tərəfindən cərimələnməsi məsələsi barədə danışıb.
Sfera.az criminal.az saytına istinadən xəbər verib ki, millət vəkilinin xahişinə baxmayaraq, yol polisi əməkdaşı onu yol verdiyi qanun pozuntusuna görə cərimələyib.
Hadisə haqqında Sfera.az-a danışan R.Hüseynovqeyd edib ki, maşını idarə edən zaman yol-hərəkət qaydalarını pozmur və yol polisi əməkdaşları da onu heç vaxt saxlamayıblar.
“Əslində hadisə belə olub ki, Hacıqabul rayonundan iki nəfər mənim yanıma, iş yerimə-Muzeyə gəlməli və biz birlikdə xəstəxanaya getməli idik. Ancaq onlar yubandığından mən bir daha həmin şəxslərlə əlaqə saxlamalı oldum və mənə bildirdilər ki, muzey tərəfə gələrkən bilmədən maşını hərəkətin əks istiqaməti ilə sürürblər, DYP əməkdaşları da onları saxlayıb hazırda cərimə yazırlar.
Mən də yaxınlıqda olduğu üçün həmin şəxslərin yanına getdim və sonra mənim yanıma gəlmələrini bildirdim. Yəni, cərimələnmə hadisəsi mənimlə bağlı deyil. Mən ümumiyyətlə, maşını idarə edən zaman yol-hərəkət qaydalarına əməl edirəm və heç zaman da DYP əməkdaşları məni saxlamayıblar”, - deyə, R. Hüseyn daha sonra sözlərinə əlavə edib.