Bakıda binalara mərkəzi istilik nə vaxtdan veriləcək? – AÇIQLAMA 

Bakıda binalara mərkəzi istilik nə vaxtdan veriləcək? – AÇIQLAMA 

Hazırda oxunan: Bakıda binalara mərkəzi istilik nə vaxtdan veriləcək? – AÇIQLAMA 

0:00
0:00
40159

Bakıda mərkəzi istilik sistemlərinin yoxlanılmasına başlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev açıqlama verib.

Onun sözlərinə görə, rayonlar üzrə müxtəlif vaxtlarda sistemlərə soyuq su veriləcək. 

"Bununla bağlı ərazilər üzrə vətəndaşlar məlumatlandırılıb. Bu müddət ərzində sakinlərə istilik sistemlərində təmir işlərini dayandırmaları bildirilib". 

R.Əliyev onu da bildirib ki, respublikanın dağlıq və dağətəyi rayonlarında istilik mövsümü noyabrın 1-dən, Bakıda və digər ərazilərdə isə noyabrın 15-dən başlayacaq. 

Qeyd edək ki, hazırda "Azəristiliktəchizat" ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1188 təsərrüfat obyekti istiliklə təmin edilir. (Trend) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO