44 günlük savaşın 9-cu gününün XRONİKASI - VİDEO

44 günlük savaşın 9-cu gününün XRONİKASI - VİDEO

Hazırda oxunan: 44 günlük savaşın 9-cu gününün XRONİKASI - VİDEO

40158

2020-ci il oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk,  Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb.

Bizim.Media xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bütün cəbhə boyu sıxışdırılan düşmən Ermənistan ərazisindən Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirib:
 

MÖVZU İLƏ BAĞLI:

II Qarabağ savaşının 5-ci günündə hansı hadisələr yaşandı? - XRONİKA


- Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutub.

- Döyüşlərdə erməni hərbçilərinin atıb qaçdığı və bölmələrimizin məhv etdiyi düşmənin silah və texnikaları təqdim olunub.

- Hazırda Ermənistan silahlı qüvvələri Beyləqan şəhərini də atəşə tutub.

- Ermənistan silahlı qüvvələri Ağcəbədi şəhərini atəşə tutub, yaralılar olub.

- Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq verilib.

- Ermənistanın Berd rayonu ərazisindən Gəncə şəhəri atəşə tutulub.

- İşğaldan azad olunan Talış kəndinin görüntüləri yayılıb.

- Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və rayonun kəndləri, Goranboy və Göygöl rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Düşmənə qarşı adekvat tədbirlər görülüb.

- Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Prezident İlham Əliyevin “Twitter” paylaşımı: “Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!”

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO