Siyasi partiya rəhbərləri Şuşaya səfər edəcəklər.
Özəl mənbələrdən əldə etdiyimiz məlumata görə, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların Şuşa şəhərinə səfərinə hazırlıqlara başlanılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə siyahıda əksər partiyaların adı var.
MÖVZU İLƏ BAĞLI:
Müxalifətçilərdən kimlər peyvənd OLUNMAYIB? - SİYAHI
İlkin ehtimala görə, Müasir Müsavat, Ağ Partiya, Müsavat, Azərbaycan Demokrat Partiyası və başqaları da dəvətlilər arasındadır.
Hazırda səfərə hazırlıq gedir. Pandemiya vəziyyətini nəzərə alaraq, Şuşaya peyvənd olunan və immunitet sertifikatı olan siyasətçilərin aparılması nəzərdə tutulub.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin isə Şuşa səfəri sual altındadır. Çünki o, bir neçə gün öncə öz bəyanatında bildirib ki, heç kim onu peyvənd olunmağa məcbur edə bilməz. Görəsən, Şüşanı görmək istəyi onu fikrindən daşındıra biləcəkmi?
Bizim.Media