Bakı Şəhər Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə yeni direktor təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Elçin Abdurahman oğlu Əmirov təyinat alıb. O, bu gün kollektivə təqdim edilib.
E.Əmirov bu təyinata qədər Şəki Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi vəzifəsində çalışıb.
Qeyd edək ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin keçmiş rəisi Nelli Veyisova tutduğu vəzifədən azad edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:44 / 04.10.2021
Bakı Şəhər Baş Səhiyyə Mərkəzinə yeni direktor TƏYİNATI - FOTO
Hazırda oxunan: Bakı Şəhər Baş Səhiyyə Mərkəzinə yeni direktor TƏYİNATI - FOTO
Hazırda oxunan: Bakı Şəhər Baş Səhiyyə Mərkəzinə yeni direktor TƏYİNATI - FOTO
40038
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.