İntihara cəhd edənlər belə xilas edildi - ANBAAN VİDEO    

İntihara cəhd edənlər belə xilas edildi - ANBAAN VİDEO    

Hazırda oxunan: İntihara cəhd edənlər belə xilas edildi - ANBAAN VİDEO    

39862

“2 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 23 ünvanında yerləşən yataqxana binasının damında intihara cəhdlə bağlı məlumat daxil olub”. 

Bizim.Media xəbər verir ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri cəlb edilib.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, bir qrup yataqxana sakini yaşadıqları binanın damına çıxaraq intihara cəhd edirlər.

Yaranmış mürəkkəb vəziyyəti operativ təhlil edərək psixoloji söhbət üçün müvafiq taktika seçən xilasedicilərin səyi nəticəsində intihara cəhd nümayiş etdirən şəxsləri fikirlərindən daşındırmaq mümkün olub və onlar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən təhlükəsiz qaydada binanın damından endiriliblər.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO