ADA Universiteti “Bir müəllimin manifesti” proqramına start verdi - FOTO 

ADA Universiteti “Bir müəllimin manifesti” proqramına start verdi - FOTO 

Hazırda oxunan: ADA Universiteti “Bir müəllimin manifesti” proqramına start verdi - FOTO 

39709

ADA Universiteti “Bir müəllimin manifesti” ixtisasartırma proqramına başlayıb. 

Bizim.Media xəbər verir ki, oktyabrın 1-də ADA Universiteti Qazax Müəllimlər Seminariyasının tarixi binası qarşısında tədbir keçirib. 

Tədbirdə Universitet “Bir müəllimin manifesti” ixtisasartırma proqramına hazırlıqların tamamlandığını və bu gündən etibarən Proqramın öz fəaliyyətinə başladığını elan edib. 

Daha sonra ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə Niyyət sazişi imzalanıb. 

Sənədi Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, “NEQSOL Holding”in baş direktoru Yusif Cabbarov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev imzalayıblar. 

Sazişi imzalamaqla tərəflər Seminariyanın təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını öz üzərlərinə götürdüklərini bəyan ediblər. 

Rektor Hafiz Paşayev növbəti ilin sentyabr ayından etibarən Qazax Müəllimlər Seminariyasında dərslərin başlayacağını bildirib. 

Sözügedən birillik təhsil Proqramının əyani formatı Bakı Dövlət Universitetinin Qazax filialında (ilk ilində), ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO