“2020 -2040-cı illər üzrə 20 illik perspektiv dövrünü əhatə edən Bakı şəhərinin Baş Planı yekunlaşmaq üzrədir”.
Bizim.Media-ya bu barədə məlumat verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisov hazırda Bakı şəhərinin Baş Planı üzərində işlənildiyini və yekunlaşmaq üzrə olduğunu qeyd edib:
MÖVZU İLƏ BAĞLI:
Bakının Nyu York şəhəri kimi tikilməsinə kimlər mane oldu? - FOTO
“Baş plan üzərində işlər davam edir. Hazırda yekunlaşma mərhələsindədir.Yaxın günlərdə sənəd təsdiqə göndəriləcək. Təsdiqlənəndən sonra ictimaiyyətə açıqlanacaq”- deyə, qurumun mətbuat katibi bildirib.
Qeyd edək ki, baş planın həyata keçirilməsinin birinci mərhələsi 2020-2027-ci illəri əhatə edir.
Vüsalə Balayeva, Bizim.Media