Təhsil İnsitutu tərəfindən ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələrinin ibtidai sinifləri üçün "Azərbaycan dili" və "Riyaziyyat" dərslik komplektləri hazırlanıb. Dərslik komplektinin tərkibinə dərslik, iş dəftəri və müəllim üçün vəsait daxildir.
İnstitutdan Bizim.Media-ya verilən məlumata görə, iş dəftərləri ARTİ tərəfindən “Azərpoçt” MMC-nin məntəqələrində kütləvi satışa verilib:
"Valideyn və müəllimlər üçün iş dəftərlərinin əlçatanlığını təmin etmək və vəsaitlərin saxta variantlarının satışının qarşısını almaq məqsədilə satış prosesi “Azərpoçt” MMC vasitəsilə həyata keçirilir. Bu proses ARTİ tərəfindən gündəlik monitorinq olunur. İş dəftərlərinin satışında yaranan çətinliyi aradan qaldırmaq məqsədilə ehtiyac olan satış məntəqələrinə digər məntəqələrdən iş dəftərlərinin daşınması prosesi həyata keçirilir”.
Bildirib ki, iş dəftərlərinin paylanması bütün satış məntəqələrinə yaxın yerləşən məktəblərin şagird sayına əsasən hesablanıb.
İş dəftərlərinin tapılmasında yaranan çətinliyin əsas səbəbi alıcıların daha çox əsas mərkəzi məntəqələrə üz tutmasıdır.
Satışı “Azərpoçt” MMC-nin Bakı şəhəri üzrə 131 məntəqəsində və bölgələrdə olan bütün məntəqələrdə həyata keçirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:20 / 01.10.2021
Nazirlikdən iş dəftərlərinin satışında yaranan problemlə bağlı AÇIQLAMA
Hazırda oxunan: Nazirlikdən iş dəftərlərinin satışında yaranan problemlə bağlı AÇIQLAMA
Hazırda oxunan: Nazirlikdən iş dəftərlərinin satışında yaranan problemlə bağlı AÇIQLAMA
39678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.