Təhlükəsizlik Xidmətindən “Google Chrome”la bağlı XƏBƏRDARLIQ 

Təhlükəsizlik Xidmətindən “Google Chrome”la bağlı XƏBƏRDARLIQ 

Hazırda oxunan: Təhlükəsizlik Xidmətindən “Google Chrome”la bağlı XƏBƏRDARLIQ 

39662

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları istifadə etdikləri proqram təminatlarını mütəmadi olaraq yeniləməyə çağırır. 

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir. 

Təqdim olunan yeniləmələrin tətbiq edilməməsi kənar şəxslər tərəfindən mövcud boşluqlardan istifadə etməklə sistemə müdaxilə edilməsi, fərdi və ya həssas məlumatların əldə edilməsi və digər bədniyyətli əməllərin həyata keçirilməsi ilə nəticələnə bilər. 

Cari ildə “Google Chrome” brauzerində aşkar edilən çoxsaylı təhlükəsizlik boşluqlarının davamı olaraq aktiv şəkildə istifadə olunan daha yeni iki təhlükəsizlik boşluğu aşkar edilib.

Mövcud boşluqları aradan qaldırmaq üçün “Google” şirkəti tərəfindən “Windows”, “Mac” və “Linux” istifadəçiləri üçün yeni təhlükəsizlik yeniləməsi – “Google Chrome” brauzerinin 94.0.4606.71 versiyası təqdim olunub. 

İstifadəçilər və inzibatçılar “Google” şirkəti tərəfindən təqdim edilən yeniləmələri mütəmadi olaraq nəzərdən keçirməli və elektron təhlükənin qarşısını almaq üçün vaxt itirmədən mövcud brauzeri “Google Chrome” 94.0.4606.71 (və ya yuxarı) versiyasına yeniləməlidir. 
 

Yeniləməni tətbiq etmək üçün “Google Chrome” brauzerinin sağ üst küncündəki üç nöqtədən “Parametrlər (Settings)” bölməsinə daxil olmaq və ardıcıllıqla “Dəstək/Help”, “About Google Chrome” seçimini etmək tələb olunur.


Yeniləmənin aktiv olması üçün brauzer yenidən başladılmalıdır. 

Bu kimi hallarda metodiki dəstək üçün www.cert.az rəsmi saytı və yaxud [email protected] e-poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmək olar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO