Fəzail Ağamalı: “Nazim İbrahimovla görüşməmişik, amma...”

Fəzail Ağamalı: “Nazim İbrahimovla görüşməmişik, amma...”

Hazırda oxunan: Fəzail Ağamalı: “Nazim İbrahimovla görüşməmişik, amma...”

39621

Ötən ilin 10-13 dekabr tarixində Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun rəhbərliyi ilə parlamentin üzvləri Arif Rəhimzadə, Əli Hüseynli, Fəzail Ağamalı, Rövşən Rzayev, Elmira Axundova, Yevda Abramov, Mixail Zabelin və Rüfət Quliyevdən ibarət nümayəndə heyəti Rusiya Federadiyası Federal Məclisi ilə Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının 11-ci iclasında iştirak etmək üçün Moskvada səfərdə olub. 

Səfərdən sonra mətbuata açıqlama verən Fəzail Ağamalı görüşdə Diaspora Komitəsinin nümayəndəsinin də iştirak etdiyini, habelə Rusiyadakı soydaşlarımızla bağlı diasporanın işinin yenidən qurulmasının vacibliyini qeyd edib. F.Ağamalı Diaspora Komitəsinin sədri Nazim İbrahimbəyovla görüşəcəklərini və öz tövsiyyələrini diqqətə çatdıracaqlarını da vurğulayıb.

Məlum görüşdən təxminən bir ay vaxt keçsə də,  bu sahədə hələ ki, hansısa hərəkətlilik müşahidə edilmir. Bununla bağlı Moderator.az-ın sualını cavablandıran millət vəkili F.Ağamalı hələlik N.İbrahimovla görüşmədiklərini qeyd edib: “Hələ ki, Nazim İbrahimovla görüşməmişik. Yəqin ki, görüşüb öz fikirlərimizi çatdıracağıq.  Azərbaycan tərəfindən həmsədr olan hörmətli Valeh Ələsgərov da yəqin ki, orada gedən danışıqlarla bağlı müəyyən strukturlara məlumat verib. Yəqin ki, Valeh Ələsgərovla məsləhətləşəndən sonra digər addımlar da atılacaq”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO