Bizim.Media-dan növbəti TƏŞƏBBÜS – Bu küçələrə şəhid adları verilsin!

Bizim.Media-dan növbəti TƏŞƏBBÜS – Bu küçələrə şəhid adları verilsin!

Hazırda oxunan: Bizim.Media-dan növbəti TƏŞƏBBÜS – Bu küçələrə şəhid adları verilsin!

39550

“Google” xəritəsinin axtarış hissəsində Bakı şəhərinin küçə adlarını qeyd etdikdə ortaya ilginc, bəzən isə gülünc mənzərələr çıxır. 

Sovet dönəmində demək olar ki, Bakı küçələrinin əksəriyyətini, inqilabçıların, komunistlərin, Sovet hakimiyyətində təmsil olunan şəxslərin adları bəzəyirdi.

Hətta burada çoxluq erməni adlarından və sözlərindən ibarət idi. Hazırda bu adların çox hissəsi dəyişdirilsə də köhnə, anlamsız küçə adlarının qaldığı ərazilər də var. Məsələn (Keçid məhəllə”, "Vtorçermet - Yusifzadə”, "Rezervuar”, "İzlivnoy”, "Stroydetal”, "2-ci dəmiryol küçəsi”, "3-cü dəmiryol küçəsi”, "1-ci - 15 ci sıra küçələri”, "Vorovski”,  "Xutor”, Yasamal rayonu ərazisindəki  "7-ci Sallaqxana”, Nəsimi rayonunda yerləşən "22-ci dairə”, "Kərpic”, "7-ci Sverdlov”, "Todorski”, "Droqal” küçələri, Rezervuar küçəsi, İzlivnoy küçəsi, 2-ci Dağlıq küçəsi və.s) Bəzən isə qarşımıza elə küçə adları çıxır ki, ümumiyyətlə bu ad bizə heç nədən xəbər vermir.

Bizim.Media növbəti dəfə bu cür təşəbbüs ilə çıxış edir ki, bu cür mənasız və anlaşılmaz adlar öz etnik mənzərəsini saxlamaqla Vətən mühairbəsində həlak olanların, əsasən də Azərbaycanda yaşayan azsaylı xalqların şəhid nümayəndələrin adları ilə dəyişdirilsin.
 

MÖVZU İLƏ BAĞLI:

II Qarabağ Müharibəsinin ilk gününün 8 ŞƏHİDİ – Onları siz də TANIYIN - ÖZƏL -FOTO


Bu təkliflə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan təklifimizi yüksək qiymətləndirərək bildirdilər ki, bu prosesin ətrafında müəyyən işlər gedir.  

Bizim.Media-ya verilən məlumata görə, şəhid adının əbədiləşdirilməsi haqqında Prezidentin fərmanı, Nazirlər Kabinetinin sərəncamı var:

“Biz artıq şəhidlərin adına müəyyən sənədləri toplamışıq. Şəhidlərin adlarının əbədiləşdirilməsi üçün onların valideynləri bizim quruma müraciət ediblər. Hazırda bütün Bakının rayonları ərazilərində olan şəhidlərin adlarını toplayıb çıxış analiz edirik. 

Bu işin icra olunması proseduruna gəldikdə isə Prezidentin fərmanı əsasında Nazirlər Kabineti qanun çıxarır, Bakı İcra Hakimiyyəti isə bu işi icra edir.

Bəs, azsaylı xalqların şəhid nümayəndələrinin adlarının gələcəkdə küçə və prospektlərə verilə bilərmi? Qurumdan bildirilib ki, əsasən regionlarda bu xalqların nümayəndələrinin adlarına bəzi küçələr var. Bakıda da bu həyata keçirilə bilər. Ancaq nəzərə alsaq ki, Bakı şəhərində düşündüyünüz kimi, o qədər də küçə yoxdur. Bundan başqa şəhid adı ilə adlandırılan küçə də onun adına layiq olmalıdır. Çünki 50-100 metrlik küçələrə şəhid adı vermək bir az yaxşı olmaz. Biz onların xatirəsinə ehtiramla yanaşırıq”.

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 6 - cı Maliyyə yardımının göstərilməsi müddəasının  - Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması - bəndinə uyğun olaraq hazırlanıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO