Prezident İlham Əliyev "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında" Sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Twitter” hesabında paylaşım edən Təhsil naziri Emin Əmrullayev Prezidentə təşəkkür edib.
“Xaricdə təhsil üzrə DP məzunu olaraq, gənclərimizin dünyanın qabaqcıl universitetlərində təhsil almalarına dair Proqramın ölkəmizin gələcək inkişafı üçün mühüm töhfələr verəcəyinə inanır və bu prosesin davamlılığını təmin etdiyinə görə ölkə başçısına minnətdarlığımı bildirirəm”, - deyə nazir qeyd edib.
Bizim.Media
Cənab Prezident İlham Əliyev Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında sərəncam imzalayıb. //t.co/el1VCS0KXb
— Emin Amrullayev (@EminAmrullayev) September 30, 2021
Xaricdə təhsil üzrə DP məzunu olaraq, gənclərimizin dünyanın qabaqcıl universitetlərində təhsil almalarına dair Proqramın ölkəmizin gələcək inkişafı üçün mühüm töhfələr verəcəyinə inanır və bu prosesin davamlılığını təmin etdiyinə görə ölkə başçısına minnətdarlığımı bildirirəm.
— Emin Amrullayev (@EminAmrullayev) September 30, 2021