Şəhid və qazilərin övladları Türkiyədə təhsilə başladılar

Şəhid və qazilərin övladları Türkiyədə təhsilə başladılar

Hazırda oxunan: Şəhid və qazilərin övladları Türkiyədə təhsilə başladılar

0:00
0:00
39495

Azərbaycanda fəaliyyət göstərən Türkiyə iş adamlarının təşəbbüsü ilə 44 günlük Vətən müharibəsi şəhidləri və qazilərinin övladları Sivas Cümhuriyyət Universitetində təhsillərinə başlayıblar.

Bizim.Media xəbər verir ki, universitetin yaydığı açıqlamaya görə, rektor və professor Alim Yıldız və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) rəhbəri Hüseyn Büyükfıratın təşəbbüsü ilə Qarabag şəhidləri və qazilərinin övladlarının Cümhuriyyət Universitetində təhsil almaları üçün keçən il fəaliyyətə başlanılıb.

Cumhuriyet Universiteti Beynəlxalq Tələbələr Ofisi Koordinatoru Yusuf Yıldırım 25 azərbaycanlı tələbənin universitetin müxtəlif fakültələrində qeydiyyatdan keçdiyini bildirib.

Cümhuriyyət Universitetinin və TÜİB-in təqaüdlərini alanları arasında yer alacaq bu tələbələrin təlim-tədris həyatları boyunca bütün xərclərinin ödəniləcəyini qeyd edən Yusuf Yıldırım universitetdə qeydiyyata düşən tələbələrin təhsillərini uğurlu bir şəkildə bitirərək, ölkələrinə dönmələrinə şərait yaradılacağını deyib.

Qeydiyyata alınan tələbələrdən şəhid Hikmət Səfərovun oğlu Azər Səfərov bu imkanı yaradanlara təşəkkür edib: 

"Şəhidlərimizin və qazilərimizin övladları Sivasda müxtəlif fakültələrdə təhsil almaq imkanı əldə etdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sivas Cümhuriyyət Universitetində təhsil almağı hər kəsə tövsiyə edirəm". 

Şəhid övladı Sultan İbişov Sivasda təhsil aldığı üçün xoşbəxt olduğunu ifadə edib: 

"Bir Azərbaycan vətəndaşı olaraq burada təhsil aldıqdan sonra ölkəmə qayıtmaq və qardaş Türkiyəni gözəl bir şəkildə tanıtmaq istəyirəm. Əcnəbi tələbələrə Sivas Cümhuriyyət Universitetində oxumağı məsləhət görürəm. Mən də tələbə olmaqdan məmnunluq duyuram".

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO