Ad günündə gözlərini itirdi – Vətən Müharibəsi qazisindən REPORTAJ

Ad günündə gözlərini itirdi – Vətən Müharibəsi qazisindən REPORTAJ

Hazırda oxunan: Ad günündə gözlərini itirdi – Vətən Müharibəsi qazisindən REPORTAJ

39486

27 yaşı 14 oktyabrda tamam olacaq. Düz bir il əvvəl həmin gün Suqovuşan uğrunda döyüşlərdə isə gözlərini itirib. 

Vətən müharibəsi qazisi Ķamran Baxşızadə. Vətən müharibəsinə qədər o, Xızı rayon məhkəməsində dəftərxana müdiri vəzifəsində çalışıb. Vətən müharibəsinin başlandığı elə ilk gündən könüllü olaraq hərbi komissarlığa müraciət edərək cəbhəyə yollanıb.
 

MÖVZU İLƏ BAĞLI:

II Qarabağ Müharibəsinin ilk gününün 8 ŞƏHİDİ – Onları siz də TANIYIN - ÖZƏL -FOTO


Kamran deyir ki, Ağdərə -Tərtər istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlı bölüyün tərkibində azğın düşmənə qarşı inadla vuruşub: 

“Mən və döyüş yoldaşlarımın  o anlarda yeganə maraqlandıran məsələ irəli getmək idi”.

Kamran bizə Suqovuşanı azad etmək üçün verilən əməliyyat tapşırığından və iki gözünü necə itirməsindən danışır:

"Biz irəli gedirdik. Düşmənin səngərinə daxil olduq. Bir qədər düşmən səngərində vuruşduqdan sonra yoldaşlarımı xilas etmək üçün irəliyə onların yanına getdim. Bu zaman düşmən olduğumuz yeri minaatan artilleriya ilə vurdu".

Kamran özünə gələndə ətrafı zülmət  görüb və başa düşüb ki, gözləri görmür. Amma soyuqqanlı davranaraq çətin zamanda özünü itrməyib:

“Gözlərimin yerə tökülməsinə  imkan vermədən gözlərimi yerinə yerləşdirdim və onları tənziflə bağladım".

Kamranın yaralandığı o gecə - 14 oktyabr, onun ad günü idi.

Hazırda Xızı qəsəbəsində valideynləri və qardaşı ilə birgə yaşayan Vətən müharibəsi qazisi bir gün belə gözlərini itirməyindən peşman olmadığını da dilə gətirib: 

“Mən döyüşə şəhid olmağa getmişdim. Heyif ki, bu mənə qismət olmadı. Ancaq gözlərimi itirdim. Vətən sağ olsun. Millətimiz sağ olsun".

Kamran döyüşlərdə göstərdiyi şücaətinə, qorxmazlığına görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO