Azərbaycanlılar doğuş üçün niyə RUSİYANI seçir? – SƏBƏBLƏR

Azərbaycanlılar doğuş üçün niyə RUSİYANI seçir? – SƏBƏBLƏR

Hazırda oxunan: Azərbaycanlılar doğuş üçün niyə RUSİYANI seçir? – SƏBƏBLƏR

39474

Rusiyaya hər il müalicə məqsədi ilə səfər edənlərin sayı artır. Rusiya Səhiyyə Nazirliyinin beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr departamentinin direktor müavini Andrey Qeyderov hər il ana olmaq üçün Rusiyaya doğuş üçün gələn əcnəbilərin sayının artdığını bildirib.

Əsasən, bu, Özbəkistan, Azərbaycan, Tacikistan və Ukrayna vətəndaşlarıdır. Ən çox xidmət göstərilən ikinci sahə onkologiya, üçüncü sahə isə Chek-up müayinədir. Andrey Qeyderov 2020-ci ildə 3,9 milyon insanın Rusiyada müalicə üçün 179 milyon dollar xərclədiyini də xatırladıb.

Doğuş üçün Rusiyanı seçən ölkələr sırasında Azərbaycanın da yer alması maraq doğurub.
 

MÖVZU İLƏ BAĞLI:

“Aborta gələn 15-17 yaşlı qızların çoxu...” - Həkimdən sensasiyalı AÇIQLAMA 


Tibb emləri dosenti, professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında məsələnin səbəbini Azərbaycanda tətbiqinə başlanan icbari tibbi sığortanın işləməməsi ilə əsaslandırıb:

“Bu bir daha onu göstərir ki, icbari tibbi sığorta yetərincə işləmir və vətəndaşların faydasına çalışmır. Bununla bağlı müvafiq qurumlar ciddi şəkildə düşünməlidirlər. Digər tərəfdən ola bilsin ki, Rusiyada xərclər daha ucuz başa gəlir. Tibbi turizmin birinci hədəfi maddi faktora, ikinci həfədi isə tibbi xidmətin keyfiyyətinə bağlıdır. İki faktordan biri rol oynayır ki, bunu da araşdıırmaq lazımdır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO