Azərbaycanın əməkdar artisti vəfat etdi – FOTO 

Azərbaycanın əməkdar artisti vəfat etdi – FOTO 

Hazırda oxunan: Azərbaycanın əməkdar artisti vəfat etdi – FOTO 

39455

Azərbaycan əsilli Özbəkistan rəqqası Kövkəb Əliyeva vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, K.Əliyeva hazırda Özbəkistanın paytaxtı Daşkənd şəhərində dəfn edilir. 

Qeyd edək ki, K.Əliyeva 1935-ci ildə İranın Məşhəd şəhərində anadan olub. Özbəkistana köçmüş rəqqas Daşkənd Dövlət Xoreoqrafiya məktəbini bitirib. Daha sonra Özbəkistanda tanınmış Batır Zakirovun estrada orkestrində işləyib. O, Oleq Lundstremin estrada orkestrində rəqqasə olub.
 

2002-ci və 2005-ci illərdə keçirilmiş "Özbəkistan - bizim ümumi evimizdir" festivallarının laureatı olub. Özbəkistanda fəaliyyət göstərən "Mexrijon" xeyriyyə fondunun həmsədridir. 


O, bu günə kimi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Azəri qızları" rəqs ansamblının bədii rəhbəri olub. 

K.Əliyeva Azərbaycan və Özbəkistanın əməkdar artistidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO