Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verildi

Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verildi

Hazırda oxunan: Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verildi

3941

Ümumilikdə 107 nəfər şəhid ailələri və Qarabağ müharibəsi əlilləri evlə təmin olunub.

Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 50 mənzil Gəncə şəhəri,  57 mənzil isə  müxtəlif bölgələrdə olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunub.

Gəncədə mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev iştirak ediblər.

Şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri xalqımıza möhtəşəm Qələbə sevinci bəxş etdiyinə və hər zaman həssas qruplara xüsusi qayğl göstərdiyinə, bu gün isə onlara yeni mənzillər təqdim olunduğuna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO