Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Moderator.az-a verilən məlumata görə, cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4, gündüz 5-8 dərəcə isti təşkil edəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 7-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı, ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti təşkil edəcəyi gözlənilir.






























































































