Nazirlik qazi Kənana və ailəsinə dəstək olub  - FOTO

Nazirlik qazi Kənana və ailəsinə dəstək olub  - FOTO

Hazırda oxunan: Nazirlik qazi Kənana və ailəsinə dəstək olub  - FOTO

3940

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qazax rayon sakini, Vətən müharibəsində yaralanmış Musayev Kənan Nadir oğluna və anasına dəsətək olub.

Bizim.Media - ya xəbər verir ki, bunu nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.

O qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları artıq həmin ailə ilə görüşüblər. Kənanın ayağı sağaldıqdan sonra o, protezlə təmin olunacaq. Sabah isə ona əlil arabası veriləcək:

“Müharibə ilə əlaqədar əlillik dərəcəsi təyin edildikdən sonra Kənana əlilliyə görə müavinət və təqaüd də təyin ediləcək''.

''Anası Məmmədova Məhəbbət Seyfəddin qızının işsiz olduğu nəzərə alınaraq, o artıq Nazirlik tərəfindən işlə təmin edilib", - deyə nazirlik rəsmisi qeyd edib.

Xatırladaq ki, Vətən müharibəsində yaralanmış Musayev Kənan Nadir oğlunun ailəsinin ehtiyacları barədə sosial şəbəkədə məlumat yayılmışdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO