Bu gün Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin yuxarı (V-XI) siniflərində, orta ixtisas, peşə təhsili müəssisələrində və universitetlərdə yeni dərs ili başlayıb.
Bizim.Media xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev təhsilalanları bu münasibətlə təbrik edib.
Nazir “Twitter” hesabında 2021/2022 tədris ilində təhsil alanların sayı ilə bağlı infoqrafikanı əks etdirən foto paylaşıb.
Emin Əmrullayev tədris prosesinin davamlı olmasını arzulayıb.
Qeyd edək ki, orta məktəblərin ibtidai (I-IV) siniflərində dərslər sentyabrın 22-də başlayıb.
Bizim.Media
Bu gün bütün təhsil müəssisələrində tədris əyani bərpa olundu. Təhsilalanları təbrik edir və tədris prosesinin davamlı olmasını arzu edirəm! pic.twitter.com/4KlL9niI4G
— Emin Amrullayev (@EminAmrullayev) September 29, 2021