İrakli Qaribaşvili Bakıya gəldi

İrakli Qaribaşvili Bakıya gəldi

Hazırda oxunan: İrakli Qaribaşvili Bakıya gəldi

39294

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün Bakıya gəlib.

Bizim.Media “Sputnik Azərbaycan” nəşrinə istinadən xəbər verir ki, onu xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava və hökumət administrasiyasının rəhbəri İlya Darchiaşvili müşayiət edir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İ.Qaribaşvilini hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO