DİM rusdilli mütəxəssislər axtarır

DİM rusdilli mütəxəssislər axtarır

Hazırda oxunan: DİM rusdilli mütəxəssislər axtarır

39279

Dövlət İmtahan Mərkəzi rus dili fənni üzrə mütəxəssislərin işə qəbulunu elan edir. 

Bizim.Media xəbər verir ki, fənn üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin funksiyaları aşağıdakılardır: 
 

MÖVZU İLƏ BAĞLI:

400-dən artıq müəllim işə qəbul olundu 


- Rus dili və ədəbiyyatı fənni üzrə yoxlama-ölçmə materiallarının hazırlanması və ekspertizası üzrə tələb olunan işləri həyata keçirmək; 

- Fənn üzrə ümumi metodiki göstərişlərin işlənib hazırlanmasında iştirak etmək.

Namizəd Filologiya (rus dili və ədəbiyyatı) və Xarici dil müəllimliyi (rus dili üzrə) ixtisaslarından biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır.

Həmçinin, yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalı, Microsoft Office proqramlarında işləməyi bacarmalı, Azərbaycan dili və rus dilini mükəmməl bilməlidir.

İşə götürülənin vəzifəsi, əmək haqqı və iş qrafiki əmək müqaviləsinə əsasən, müəyyən olunur.

Vakansiya ilə maraqlanan şəxslərdən CV formasını yükləyib tam şəkildə dolduraraq 2021-ci il oktyabrın 10-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO