Gədəbəy rayonu, Novosaratovka kəndində fəaliyyət göstərən, Həsənov Mahir Məhərrəm oğluna məxsus çörək istehsalı müəssisəsində qayda pozuntuları aşkar edilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, yoxlama zamanı çörək istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu müəyyən olunub.
Belə ki, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi və xüsusi gigiyenik geyimdən istifadə etmədiyi müəyyən olunub.
Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:07 / 28.09.2021
Çörək sexində iyrənc mənzərə - FOTO
Hazırda oxunan: Çörək sexində iyrənc mənzərə - FOTO
Hazırda oxunan: Çörək sexində iyrənc mənzərə - FOTO
0:00
0:00
39234
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.