Şəhid adına pul yığan müəllim CƏZALANDIRILDI – Rəsmi AÇIQLAMA

Şəhid adına pul yığan müəllim CƏZALANDIRILDI – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Şəhid adına pul yığan müəllim CƏZALANDIRILDI – Rəsmi AÇIQLAMA

39099

Xətai rayonu Zakir Yusifov adına 194 nömrəli tam orta məktəb daxilində Xətai şəhidlərinin foto və bioqrafiyalarından ibarət güşə düzəldilməsi üçün hər şagirddən 6 manat pul tələb olunduğunu xəbər vermişdik.

Həmçinin valideynlərin olduğu “Watsapp” qrupunda sinif rəhbərinə aid olduğu deyilən səsyazını ictimailəşdirmişdik.

Şəhid adına pul yığılmasına etiraz edənlərdən biri olan Zaur Əliyevin şikayəti əsasında sözügedən məktəbdə övladı ilə bağlı problem yaşadığını da billdirmişdik.
 

MÖVZU İLƏ BAĞLI:

Daha bir məktəbdə RƏZALƏT – Şəhid adına 6 manat pul YIĞILIB - SƏSYAZISI


Valideynin şikayətində qeyd olunmuşdu ki, şəhid adına pul yığılmasına etiraz etdiyi üçün 9-cu sinifdən çıxardığı, daha sonra geri qaytardığı oğlu Qaraoğlan Əliyev  məktəbə bərpa olunmur. Məsələ hələ də həll edilməmiş qalır.

Bakı Şəhər Təhsil İdarəsi Bizim.Media-nın bununla bağlı sorğusu əsasında 194 nömrəli məktəbdə baş verən hər iki şikayəti araşdırıb.

Qurumdan saytımıza bildirilib ki, qeyd edilən məsələ ilə bağlı bir müddət öncə valideynlərdən birinin müraciəti əsasında müvafiq araşdırma aparılıb:

“Araşdırma zamanı müəyyən edilib ki, 2020-2021-ci tədris ilinin ikinci yarımilində məktəbin 3 “c” sinfində valideynlərin təşəbbüsü ilə təşkil olunmuş pul yığımı məktəbin direktoru Elnarə Zeynalova tərəfindən dayandırılıb və yığılan vəsait valideynlərə qaytarılıb.

3 “c” sinfinin rəhbəri Qəmsiyyə Paşayeva valideynlər arasında kommunikativ münasibətlərin tənzimlənməsində yol verdiyi nöqsana görə intizam məsuliyyətinə cəlb olunub.
 

Məktəbdən verilən məlumata görə məqalədə olan səsyazısı müəllimə deyil, valideynə aiddir. Məqalədə adı qeyd edilən valideyn Zaur Əliyev Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığı ərizəsində yığılmış pulun qaytarıldığını, hazırda şikayətçi olmadığını bildirib”.


Bakı Şəhər Təhsil İdarəsi 9-ci sinifdən çıxarılan, sonra geri qayıdaraq yenidən məktəbə bərpa edilməsini istəyən Qaraoğlan Əliyevin məsələsinə də münasibət bildirib.

Qeyd olunub ki, Əliyev Qaraoğlan Zaur oğlu 2019-2020-ci tədris ili üzrə IX sinfi bitirib:

“Valideyn övladının X sinifdə təhsilini davam etdirməsi üçün 2020-2021-ci tədris ilinədək müraiət etməli idi. 1 il gecikmə ilə müraciət edən Qaraoğlan Əliyevin 2021-2022-ci tədris ili üzrə X sinfə qəbulu Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 06 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.9-cu bəndinə (şagirdlərin X sinfə qəbulu onların ümumi orta təhsil haqqında şəhadətnaməni aldıqları vaxtdan növbəti tədris ili başlayanadək həyata keçirilir) ziddir”, deyə sorğuda vurğulanır.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO