“İşğaldan azad olunmuş ərazilərdə, ilk növbədə, humanitar dəhlizlər yaradılır”.
Bizim.Media-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bildirib.
İ. İsmayılov hazırda Tərtərlə Suqovuşanı birləşdirən yolun minalardan təmizləndiyini söyləyib:
“Bu yolun 10 kilometrindən 8 kilometri təmizlənib. Yaxın 2-3 gün ərzində yolun minalardan təmizlənməsi başa çatacaq”.
ANAMA-nın Operativ Qərargah rəisi qeyd edib ki, Ağdam-Əfətli yolunda da işlər yekunlaşıb. 3 gün ərzində 11 ədəd partlamamış hərbi sursat aşkarlanıb, 7 km avtomobil yolu minalardan tamamilə təmizlənib:
“Xudafərin körpüsü ətrafında 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Yaşayış məntəqələrində, işğaldan azad olunmuş ərazilərdə humanitar dəhlizlərin yaradılması və əhali arasında maarifləndirmə işi aparılması yönündə çalışırıq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:58 / 30.11.2020
ANAMA: “Tərtərlə Suqovuşanı birləşdirən yol minalardan təmizlənir
Hazırda oxunan: ANAMA: “Tərtərlə Suqovuşanı birləşdirən yol minalardan təmizlənir
Hazırda oxunan: ANAMA: “Tərtərlə Suqovuşanı birləşdirən yol minalardan təmizlənir
3905
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.