Qubada şəhidlər belə YAD EDİLDİ – FOTO

Qubada şəhidlər belə YAD EDİLDİ – FOTO

Hazırda oxunan: Qubada şəhidlər belə YAD EDİLDİ – FOTO

38970

Vətən Müharibəsi şəhidlərinin Anım Mərasimi Qubada xüsusi ehtiramla qeyd edilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə Quba Şəhidlər xiyabanının qarşısında ağacəkmə aksiyası keçirilib.  

Daha sonra Quba İH-nin, hüquq-mühafizə orqanlarının rəhbərləri, millət vəkili Vahid Əhmədov, ictimai xadimlər və hərbçilər Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlərin məzarları qarşısında  əklillər qoyulub, gül dəstələri düzülüb.

Quba İH başçısı Ziyəddin Əliyev xiyabanda şəhid ailələri ilə görüşərək onların problemlərilə maraqlanıb və təkliflərini dinləyib.

Tədbirin rəsmi hissəsində edilən çıxışlarda Anım Mərasimində iştirak edən qonaqlar Vətən Müharibəsində hərbçilərimizin göstərdikləri igidliklərdən xüsusi olaraq danışıblar.

Ziyəddin Əliyev çıxışı zamanı qeyd edib ki, Qubanın ümumilikdə I Qarabağ müharibəsində 231, Vətən Müharibəsində isə 49 şəhid var. 

Rəsmilərin ziyarətindən sonra da xiyabanda Şəhidlər anılıb. İnsanlar, keçmiş hərbçilər məktəbli və yeniyetmələr qələbəni bizə gətirən şəhidləri hörmətlə anıblar. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO