Şəhidlər Memorial Abidə Kompleksinin açılışı oldu - FOTO 

Şəhidlər Memorial Abidə Kompleksinin açılışı oldu - FOTO 

Hazırda oxunan: Şəhidlər Memorial Abidə Kompleksinin açılışı oldu - FOTO 

38964

27 sentyabr - Anım Günü ilə bağlı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin inzibati ərazisində Müdafiə Sənayesi Nazirliyinin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksinin açılış mərasimi keçirilib. 

Bizim.Media-nın məlumatına görə, tədbirdə müdafiə sənayesi naziri Mədət Quliyev, Milli Qəhrəmanlar, Nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları, şəhid olmuş işçilərin ailə üzvləri və digər rəsmi qonaqlar iştirak ediblər. 

Memorial abidə kompleksinin rəsmi açılışından sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. 

Vətən müharibəsində şücaət göstərmiş şəhid və qazi əməkdaşlar müdafiə sənayesi nazirinin əmri ilə Fəxri fərman və mükafatlara layiq görülüblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO