Bakı məktəblərinin şəhid olmuş 354 məzunu və 20 müəlliminin xatirəsi anıldı

Bakı məktəblərinin şəhid olmuş 354 məzunu və 20 müəlliminin xatirəsi anıldı

Hazırda oxunan: Bakı məktəblərinin şəhid olmuş 354 məzunu və 20 müəlliminin xatirəsi anıldı

38922

"Bu müharibə xalqımızın şərəf, ləyaqət müharibəsi idi, 44 günlük müharibə tək torpaqlarımızı deyil, Azərbaycan xalqının qürurunu və şərəfini də geri qaytardı".

Bizim.Media xəbər verir ki, bunu Bakı şəhəri Təhsil İdarəsinin (BŞTİ) rəhbəri Mehriban Vəliyeva Bakıda 56 nömrəli tam orta məktəbdə keçirilən anım mərasimində deyib.

O, Bakı məktəblərinin şəhid olmuş 354 məzunu və 20 müəlliminin xatirəsini də anıb.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 27 sentyabr Anım gününə həsr olunan "Hər məktəbdə 44 ağac" devizi altında ağacəkmə aksiyası keçirilib. 

56 nömrəli tam orta məktəbdə təşkil olunan ağacəkmə aksiyasında BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, milli qəhrəman və şəhidin valideynləri, məktəb direktorları, müəllimlər, şagirdlər, həmçinin KİV nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbir Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Anım Gününə həsr olunan “Hər məktəbdə 44 ağac” devizi altında paytaxtdakı ümumi təhsil məktəblərində yeni yaşıllıq zolaqları salınıb, çoxsaylı ağaclar əkilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO