Şuşada şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu - FOTO

Şuşada şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu - FOTO

Hazırda oxunan: Şuşada şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu - FOTO

38921

Erməni işğalından azad edilən Şuşada canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub.

Bizim.Media xəbər verir ki, ölkəmizin bütün ərazisində, o cümlədən Şuşada sentyabrın 27-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilib.

İnsanlar şəhid əsgər və zabitlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Bayraq meydanına Dövlət Himnimizin sədaları altında üçrəngli bayrağımız qaldırılıb, havaya yaylım atəşə açılıb. Sonra qəhrəman Azərbaycan əsgərləri Şuşa qalası istiqamətində yürüş ediblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan olunub.

Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, şəhidlərimiz Azərbaycandakı bütün dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur, qəhrəman Vətən övladlarının ruhuna dualar oxunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO