Füzulidə “Əbədi Yaşar Şəhidlərimiz” adlı abidənin açılışı oldu - FOTO

Füzulidə “Əbədi Yaşar Şəhidlərimiz” adlı abidənin açılışı oldu - FOTO

Hazırda oxunan: Füzulidə “Əbədi Yaşar Şəhidlərimiz” adlı abidənin açılışı oldu - FOTO

38789

Füzulidə 27 sentyabr - Anım Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir.

Növbəti dəfə Füzuli şəhidlərinin xatirəsinə inşa edilən “Əbədi Yaşar Şəhidlərimiz” adlı abidə kompleksinin açılışı olub.

Bizim.Media xəbər verir ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilən abidə kompleksinin açılışında rayon rəhbərliyi, şəhid ailələri, qazi və veteranlar iştirak edib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamlılar növbəti dəfə doğma yurdlarına getdilər - FOTO


Çıxış edənlər Azərbaycan tarixinə şanlı hərflərlə yazılan 44 günük Zəfər yürüşündən söhbət açıblar. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində 30 illik Vətən həsrətinə 44 gün ərzində son qoyuldu.

Müqəddəs amal uğrunda Azərbaycan xalqı və müzəffər Ordumuz dövlətimizin başçısının ətrafında vəhdət təşkil edərək düşmən üzərində parlaq Qələbəyə nail oldu.

Qeyd edilib ki, şəhidlərimizin qanı bahasına azad edilən torpaqlar artıq əsl sahiblərindədir. Zəfər yürüşündə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əbədi olaraq qəlblərdə yaşayacağı və döyüşdə göstərdikləri böyük şücaətlərin gələcək nəsillərə örnək olacağı vurğulanıb.

Yeni istifadəyə verilən abidə kompleksinin Füzulidən keçən yol kənarında inşasının təsadüfi olmadığı diqqətə çatdırılıb.

Bildirilib ki, abidə xaricdə yaşayan soydaşlarımızın təşəbbüsü ilə inşa edilib və şəhidlərimizin xatirəsinə olan ehtiramın bariz nümunəsidir.
 

Bu yol təkcə Füzuliyə deyil, həm də Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Şuşaya qədər uzanan Zəfər yoluna qovuşur. Bu yol uğrunda canlarını fəda edən qəhrəmanların daim xatırlanması üçün abidə bu ərazidə inşa edilib.


Daha sonra yeni inşa edilən abidə kompleksinin açılışı olub. Şəhidlərin xatirəsi yad edilərək ruhuna dualar oxunub. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş edilib.

Qeyd edək ki, abidə kompleksində şəhidlərin adını daşıyan bulaq və vətən müharibəsində canlarını fəda edən şəhidlərin fotoları öz əksini tapıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO