Sabah Azərbaycanda saat 12.00-da bir dəqiqəlik sükut olacaq

Sabah Azərbaycanda saat 12.00-da bir dəqiqəlik sükut olacaq

Hazırda oxunan: Sabah Azərbaycanda saat 12.00-da bir dəqiqəlik sükut olacaq

38784

27 sentyabr - Anım Günü keçiriləcək tədbirlərlə əlaqədar bir sıra yollarda hərəkət cədvəlində dəyişiklik ediləcək. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Sabah hər kəs eyvanından bayraq assın – ƏHALİYƏ MÜRACİƏT


Onun sözlərinə görə, təhlükəsizliyi təmin etmək məqsədilə “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələri, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər olmaqla bütün növ nəqliyyat vasitələri hərəkəti məhdudlaşdırıldığından bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi  müvəqqəti olaraq dəyişdiriləcək.  

Vaqif Əsədov əlavə edib ki, sabah Anım Günü ilə bağlı Azərbaycanda saat 12.00-da bir dəqiqəlik sükut olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO