Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçirilir

Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçirilir

Hazırda oxunan: Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçirilir

38755

Bu gün Azərbaycanda rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçirilir.

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya bildirilib ki, Bakı şəhərində 785, Naxçıvan şəhərində isə 29 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunur və saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

18 yeni ali tibb ixtisası üzrə imtahanlar belə keçiriləcək – NAZİRLİK QAYDALARI AÇIQLADI


İmtahanın II mərhələsində iştirak etmək üçün 814 namizəd qeydiyyatdan keçib. Onlardan 553 nəfəri qız, 261 nəfəri oğlandır. 709 namizəd Azərbaycan bölməsinin, 105 namizəd rus bölməsinin, 375 namizəd cari ilin, 479 namizəd isə əvvəlki illərin məzunudur, 4 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılır.

İmtahanların idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 75 zal nəzarətçisi, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Qeyd edək ki, bu mərhələdə iştirak edəcək 814 nəfərdən 305 nəfəri ötən ilki imtahan nəticəsinə görə, 509 nəfər isə bu ilki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO