Rusiyalı sülhməramlılar Laçından keçən maşınların sayını açıqlayıb

Rusiyalı sülhməramlılar Laçından keçən maşınların sayını açıqlayıb

Hazırda oxunan: Rusiyalı sülhməramlılar Laçından keçən maşınların sayını açıqlayıb

0:00
0:00
38728

Azərbaycanın Qarabağ regionunda yerləşdirilən Rusiya sülhməramlı kontingentinin hərbçiləri ötən ilin noyabr ayından etibarən Laçın dəhliziylə hər iki istiqamətdə hərəkət edən 65 minə yaxın nəqliyyat vasitəsinin və 230 mindən çox insanın təhlükəsiz keçidini təmin ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Məlumata əsasən, Rusiya hərbçiləri sutka ərzində dəhlizdən keçən avtomobillərə nəzarət edirlər.

"Keçid məntəqəsindən gündə təxminən 200 maşın keçir", - sülhməramlı kontingentin nümayəndəsi Vasili Davıdov deyib.

2000-ə yaxın Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsi və Laçın dəhlizində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanat açıqlandıqdan sonra yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO